Nazarbayev uşaqpulu istəyənləri kəskin tənqid etdibackend

Nazarbayev uşaqpulu istəyənləri kəskin tənqid etdi

Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük rəhbəri, keçmiş prezident və eyni zamanda hakim “Nur Otan” partiyasının sədri Nursultan Nazarbayev dövlətdən yardım istəyən çoxuşaqlı anaları kəskin tənqid edib.

Konkret.az Orta Asiya KİV-lərinə istinadən xəbər verir ki, Nazarbayev ötən gün avqustun 21-də “Nur Otan” partiyasının siyasi şurasındakı çıxışında dövlətdən sosial yardım istəyən sosial qruplar barədə danışıb.

O yardım istəyən təbəqələrin adını çəkməyib, amma son yarım ildə Qazaxıstanda çoxuşaqlı anaların etirazları bitmir. Onlar uşaqları üçün müavinət və ucuz mənzillər tələb edirlər. Nazarbayev çıxışında deyib: “Şüar qaldırırlar: “Mənə ver, mənim uşağım çoxdur, ver”. Bəs sən nə düşünürdün? Bu sənin problemindir. Dövlət də problemi həll edib verəndə deyirlər: “Azdır, yenə də ver”.

Bu Nazarbayevin narazı çoxuşaqlı ailələrə dair ilk bəyanatı deyil. O martın 8-də, hələ prezident olduğu bir vaxtda demişdi ki, Qazaxıstan vətəndaşları “sovet vaxtlarında olduğu kimi hər şeyin hökumət tərəfindən veriləcəyinə” ümid etməməlidirlər: “İndi hamı öz qazancını necə xərcləməyi özü həll edir. Hər şeyi ölçüb-biçmək lazmdır: ailədə neçə uşaq olacaq və onlara necə baxılacaq”.

Lakin bu çıxışdan bir neçə həftə sonra Nazarbayev tonunu dəyişib demişdi ki, dövlət ehtiyacı olanlara həmişə dəstək verəcək və çoxuşaqlı analar dövlətin qayğısını hiss etməlidirlər.

Qazaxıstanda çoxuşaqlı anaların etirazları fevral ayından başlanıb. O vaxt Nur Sultan şəhərində baş vermiş yanğında bir ailənin 5 azyaşlı qızı tələf olmuşdu. Həmin vaxt uşaqların valideynləri gecə növbəsində idilər.

O vaxtdan bəri etiraz edən yüzlərlə qadın hökumətdən müavinətlərin artırılmasını, çoxuşaqlı ailələrə ictimai mənzillərin verilməsini və başqa güzəştləri tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*