Ermənistanda Təhsil və mədəniyyət nazirinin istefası tələb olunur.
KONKRET.az xəbər verir ki, “Təhrif olunmuş dərslikdə alaq otları” təşəbbüs qrupu bu tələblə Təhsil və Mədəniyyət Nazirliyinin qarşısında aksiya keçirib.
Qeyd edək ki, 7-ci sinif “Ermənistan tarixi” fənni dərsliyinin ləğvinə yönəlmiş “Təhrif olunmuş dərsliyi sil” silsilə tədbirlərinin təşəbbüskar qrupu nazir Janna Andreasyanın istefası tələbi ilə Təhsil və Mədəniyyət Nazirliyinin qarşısında dəfələrlə etiraz aksiyası keçirib.
“Problemli dərslikdir, mütəxəssislər də, alimlər də, müəllimlər də, valideynlər də həmin dərsliyə qarşıdır. Ona görə də biz “Təhrif olunmuş dərslikdə alaq otu” silsilə tədbirlərin keçirilməsinə təşəbbüs göstərdik, müzakirələr apardıq, nazirə vaxt verdik ki, ortaya çıxsın. Nazirlikdən heç bir cavab almadıq. Bu gün də bura toplaşmışıq, kiçik toplantı keçiririk, nazir istefa verməlidir. O, istefa verməsə, atacağımız addımlarımızı bilirik, ardıcıl olacağıq, onun istefasına nail olacağıq”, – deyə təşəbbüsün müəlliflərindən biri, Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan jurnalistlərə bildirib.
“Masanın üstünə dərslik qoyurlar, bu, Türkiyənin əmridir. Türkiyənin əmri ilə Konstitusiyanı dəyişmək istəyirlər”, – deyə Petrosyan bildirib.
Natiq Səlim,
KONKRET.az
