Nazirlikdən Qızılağac Milli Parkındakı güllələnmə ilə bağlı AÇIQLAMAbackend

Nazirlikdən Qızılağac Milli Parkındakı güllələnmə ilə bağlı AÇIQLAMA

“27 yanvar 2021-ci il tarixində gecə saatlarında Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisinə icazəsiz daxil olan və ova cəhd edən naməlum şəxslər xidməti vəzifələrini yerinə yetirən milli parkın əməkdaşlarına atəş açıb”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə Qızılağac milli parkının əməkdaşlarının yaralanmasına münasibət bildirərkən qeyd edib.

O vurğulayıb ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlər mühafizə yegerləri Ceyhun Mustafayev, Zahir Bəşirov və sahə müfəttişi Natiq Rzazadəyə bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb:

“Yaralanan mühafizə işçiləri Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicələri davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daha ətraflı məlumat araşdırmadan sonra veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*