Qəzza zolağı gələcəkdə nə Həmas, nə də İsrail tərəfindən idarə oluna bilməz.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Yaponiyaya səfəri zamanı bildirib.
“Birincisi, Qəzzanı HƏMAS idarə edə bilməz. Əks halda, oktyabrın 7-də baş verənlərin təkrarı olacaq və Qəzza terror hücumları üçün məkan kimi istifadə olunacaq. İsrailin Qəzzanı işğal edə bilməyəcəyi də aydındır. Bəlkə də bizə keçid dövrü lazımdır”, – Blinken deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
