Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEObackend

Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı gənc müğənni Nəfəs Məmmədli olub.

KONKRET.az xəbər verir ki, ifaçı uşaq vaxtı valideynlərinin onu nənə-babasının himayəsinə verdiyini etiraf edib:

“Ailədə ilk övlad olmuşam. Valideynlərim məni əziyyətlə böyütməyə çalışıblar. O zamanlar rayonda yaşayırdıq, bacım daha sonra isə, qardaşım dünyaya gəldi. Artıq​ 3 uşaq olmağımız ailəmi çətinliyə saldı.

Bəzən biz istəməsək də, maddi səbəblərdən övladımıza arzuladığımız həyatı yaşada bilmirik. Atam şəhərdə işləməyə getdi. Daha sonra​ anamgili də yanına apardı. Nədənsə seçilən uşaq mən oldum. Məni nənəmlə babama verdilər, onlar sahibləndi. Bir neçə il ailəmi görmədim. Razılıq əsasında olsa da, boynu bükük idim. Elə bilirdim yetiməm”./BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*