“Neftçi” Alfa Konteni transfer etdibackend

“Neftçi” Alfa Konteni transfer etdi

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçib.

KONKRET.az xəbər verir ki, bunu Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev “Dsport” nəşrinə açıqlamasında deyib.

Klub rəsmisi Syerra Leone millisinin vingerinin keçidində Azərbaycan klubu ilə anlaşdıqlarını təsdiqləyib. 23 yaşlı oyunçunun “ağ-qaralar”a transferi rəsmiləşdirmək üçün bu həftə Bakıya gələcəyi vurğulanıb.

Qeyd edək ki, ötən ilin yayında “Lokomotiv”ə keçən Alfa Konte komandanın heyətində 13 oyunda 3 qol vurub.Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*