Neptun planeti: Altı maraqlı fakt – Ammonyak, metan və sudan ibarət soyuq mavi planetbackend

Neptun planeti: Altı maraqlı fakt - Ammonyak, metan və sudan ibarət soyuq mavi planet

Hamıya məlumdur ki, bizim planetimiz heç də kainatın sonu deyil. İllərdir bizi kəşf olunmamış və kəşf olunsa da, tam öyrənilməmiş planetlər cəlb edirlər. Məsələn, Neptun haqqında bu günə qədər çox şey məlum deyil, çünki Yerdən uzaqdadır və əlçatmazdır. Bununla belə, planet haqqında bəzi maraqlı məlumatlar var.

Neptun planetinə səfər

Araşdırma zondu planetin özünə yalnız bir dəfə – 1989-cu ildə baş çəkmişdi. Zond planetə yaxınlaşmış və onun başına tam dövrə vurmuşdu. Nəticədə bu buz nəhəngi haqqında vacib məlumatlar əldə olunmuşdu.

Planeti ilk dəfə Haliley görmüşdü

Nə vaxtsa planeti Halileo Halileyin özü görmüşdü, amma o vaxtlar teleskoplar indiki qədər güclü deyildilər, ona görə də bu göy cismini başqalarından ayırmaq mümkün deyildi. Halileydən 230 il sonra planet rəsmən kəşf olundu, dahi alim isə onu adi ulduzla səhv salmışdı.

Neptunun kəşfi

Ümumiyyətlə, bu planet riyazi üsulla kəşf olunan yeganə planetdir. Bu planet 1846-cı ildə fransız astronomlar Yohan və Le Verye tərəfindən kəşf edilmişdi. Uranın hərəkətindəki kənarlaşmaları seyr edən alimlər bu hadisəni yaxınlıqda yalnız başqa bir planetin olması ilə izah edilə bilmişdilər.

Neptunun rəngi və atmosferi haqqında

Neptun Günəşə nisbətən səkkizinci və ən uzaq planetdir. Neptunun tərkibi Urana bənzəyir, onları çox vaxt buz nəhəngləri adlandırırlar. Neptunun atmosferi digər planetlərin atmosferi ilə müqayisədə güclü şiddətli küləklərlə doludur.

Bu göy cismi parlaq mavi rəngilə fərqlənir – niyəsini iddia etmək çətindir. Yalnız fərziyyə var: buradakı əsas komponent qırmızı rəngi udan metandır. Amma istisna deyil ki, insanlığa məlum olmayan maddə üzündən Neptun mavi rəngə boyanıb.

Rəngi mavi ​​olduğuna görə dəniz Tanrısı adını alıb. Onu qaz nəhəngi də adlandırmaq olar, ancaq Uran, Yupiter və Saturndan bu sahədə geri qalır. Neptun başqaları ilə müqayisədə ən soyuq planetdir. Burada temperatur bəzən dözülməzdir – mənfi 221 dərəcəyə qədər. Planet Günəşdən uzaqlaşıb yaxınlaşmaqla elliptik orbitdə hərəkət edir.

Planet kəşf edildikdə, tədqiqatçılar onu ən uzaq planet kimi qəbul etmişdilər, lakin on illər keçdi və Neptun Günəşə daha yaxın oldu. Onun komponentləri metan, su və ammonyakdır. Təəccüblüdür ki, buludların hərəkətinin əks istiqamətdə fırlanır. Planet Günəşdən aldığı istiliyi ikiqat geri qaytarır.

Neptunun peykləri haqqında

Planetin 14 peyki var. Ən böyük peyki olan Triton uzun illər sonra cazibə qüvvəsi sayəsində parçalanacaq və onun parçaları planetin yeni peykinə çevriləcək.

Neptun ən uzaq göy cismi olduğu üçün hələ də yaxşı tədqiq olunmayıb, ona görə də hər şey tədqiqatçıların əlindədir.

Hazırladı:F.ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*