Netanyahunun kortejinə hücum cəhdi oldubackend

Netanyahunun kortejinə hücum cəhdi oldu

İsrail polisi Təl-Əvivdə baş nazir Benyamin Netanyahunun kortejinə hücum etməkdə şübhəli bilinən şəxsi saxlayıb. 

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

Onların sözlərinə görə, Netanyahuya hücum cəhdi Təl-Əvivin mərkəzindəki Dizengoff küçəsində baş verib. 58 yaşlı kişinin nəqliyyatın hərəkətinə mane olduğu dəqiqləşib. Saxlanılan şəxs dindirilməyə göndərilib, hələlik onun kimliyi ilə bağlı başqa heç nə məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*