Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd seçkilərində Donald Trampın rəqibi Nikki Heyli ilk qələbəsini qazanıb. O, Amerikanın paytaxtı Vaşinqton və Kolumbiya ştatında səslərin əksəriyyətini toplayıb.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Paytaxtda respublikaçıların demək olar ki, 63%-i Heyliyə, 33%-i Trampa səs verib. Heylinin Kolumbiya dairəsində səslərin əksəriyyətini alacağı gözlənilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
