Ölən şəxsin borcunu qohumları ÖDƏYƏCƏKbackend

Ölən şəxsin borcunu qohumları ÖDƏYƏCƏK

Qazaxıstanda ölən şəxsin hər hansı borc öhdəliyi varsa, kreditorların borclu kimi cavabdeh olan vərəsələrə qarşı tələblər irəli sürmək hüququ var.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bura kommunal xidmətlər üzrə borclar, kreditlər, müqavilə borcları, vergi orqanları tərəfindən hesablanmış borclar, cərimələr və dəbbələr daxildir.

Bu o deməkdir ki, kreditor vərəsələrdən hər hansı birinə və ya hamısına qarşı tam həcmdə tələb irəli sürmək hüququna malikdir. Vərəsələr əmlakın dəyəri daxilində öhdəliklərə görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vərəsənin məsuliyyəti əmlakın dəyərindən artıq ola bilməz.

Qeyd olunub ki, borcları ödəməmək üçün vərəsə mirasın açıldığı tarixdən 6 ay müddətində ondan imtina edə bilər. Mirasın bir hissəsindən, qeyd-şərtlə və ya şərtlərlə vərəsəlikdən imtinaya yol verilmir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*