Ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi işinin təşkili – Hədəflər və vəzifələrbackend

Ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi işinin təşkili – Hədəflər və vəzifələr

Yəqin ki, kino aləmində böyük səs-küyə səbəb olmuş, ekologiya və ətraf mühitin mühafizəsində böyük səhlənkarlığa yol verilməsinin fəsadlarını əks etdirən “Erin Brokoviç” filmini çoxları izləyib.

Erin Brokovicın məsuliyyətli və israrlı fəaliyyəti nəticəsində ekologiyaya və insanların sağlamlığına vurduğu böyük ziyana görə “Pacific Gas and Electric Company” məhkəmə qarşısında cavab verməli olur. Nəticədə məhkəmə yeraltı suları kanserogen altıvalentli xromla çirkləndirilməsi nəticəsində xərçəngə tutulmuş Hinkli qəsəbəsinin sakinlərinin maraqlarını qoruyan ədalətli qərar qəbul edir.

Azərbaycanda ətraf mühitin mühafizəsi həmişə prioritet istiqamət olub" - RƏY Pravda.az

Çox təəssüf ki, Erin Brokoviçdən fərqli olaraq dünya birliyi Ermənistanın 30 ilə yaxın dövrdə Azərbaycanın ekologiyasına və ətraf mühitinə misli görünməmiş şəkildə ziyan vurmasına, insanlarla yanaşı torpaqlarımıza və sularımıza divan tutmasına, Ağdamın “Qafqazın Xirosiması”na çevrilməsinə biganəlik nümayiş etdirir.

Qarabağda meşələrin qırılması, yandırılması, çayların su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, yer təkinin talan edilməsi, minaların kütləvi şəkildə torpaqlarımıza basdırılması, işğal illərində erməni faşistlərinin “təhlükəsizlik zonası” adlandırdıqları Azərbaycan rayonlarının ərazisində mütəmadi olaraq qəsdən yanğınlar törətməsi nəticəsində torpaq və meşə massivlərinin külə çevrilməsi ölkəmizdə və regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Azərbaycanın Qarabağdakı parlaq zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ekoloji sahədə də Ermənistanın ölkəmizə vurduğu ekoloji ziyanın qiymətləndirilməsi prosesinə başlanıldı. Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də işğal illərində Azərbaycan ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcək.

Azərbaycanda ətraf mühitin mühafizəsi dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir

“Bu ərazilərdəki təbii sərvətlərin qeyri-qanuni istismar edildiyi danılmaz faktdır. Bizim əlimizdə şirkətlərin adları var. Qeyd etməliyəm ki, əgər qızıl və digər yataqlarımızı qeyri-qanuni istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə veriləcək, orada isə onları biabırçılıq gözləyir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev 6 yanvar 2021-ci il tarixli müşavirədə bildirib.

Qeyd edək ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb, 2010-cu ildə Azərbaycanda “Ekologiya ili” elan olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb.

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi Konfransının və ya COP29-un keçiriləcəyinin elan edilməsi də müstəqil dövlətimizin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər böyük əhəmiyyət verdiyinin təsdiqidir.

Xatirə SADİQ,

KONKRET.az

Medianın İnkişafı Agentliyi — Vikipediya

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*