Ölümündən sonra şöhrət qazanan 107 yaşlı əsgər – O, 93 yaşında döyüşdə ayağını itirmişdibackend

Ölümündən sonra şöhrət qazanan 107 yaşlı əsgər – O, 93 yaşında döyüşdə ayağını itirmişdi

image

Dünya hərb tarixində elə hadisələr baş verib ki, bütün zamanlarda xatırlanıb və gələcək nəsillərə nümunə göstərilib. Amma 90 yaşlı qocanın könüllü müharibəyə yollanması və 93 yaşında ayağını itirməsi nadir hadisədir. Söhbət 107 illik həyatında 10 dəfə müharibə görən rusiyalı Vasili Nikolayeviç Koçetkovdan gedir. 1785-1892-ci illərdə yaşayan Koçetkov Rusiya imperiyasının ən yaşlı əsgəri kimi də tarixə düşüb. Koçetkov Borodino döyüşündə fransızlara qarşı döyüşüb və Parisə qədər gedib. Daha sonrakı müharibələrdə türklər və polyaklarla vuruşub, 93 yaşında ayağını itirib. Məşhur rəssam Peter Borelin tablosunda ayağını itirən əsgər protezlə təsvir olunub. Portret 107 yaşlı döyüşçünün ölümündən bir müddət əvvəl çəkilmiş fotoşəkildən hazırlanıb. Borel imperiyanın ən yaşlı əsgərinin obrazını əbədiləşdirmək qərarına gələndə o, bir ilə yaxın idi ki, həyatla vidalaşmışdı.

Vasili Nikolayeviç ölümündən sonra şöhrət qazanıb. Bu rus kişisinin  heyrətamiz taleyi barədə məlumat 1892-ci ildə Hökumət Bülletenindəki materialda dərc olunub. Bununla da 107 yaşlı Koçetkovun adı dillər əzbəri olub. Həmin məqalədən bir parçanı təqdim edirik: “Bu il mayın 30-da Novqorod vilayətinin Belozersk şəhərində Sankt-Peterburqdan Simbirsk quberniyasına vətəninə gedərkən qocaman əsgərlərdən biri, Rusiya ordusunun 107 yaşlı əsgəri  ürək tutmasından qəfil vəfat edib. Daha sonra məlum olacaqdı ki, ölən adam 107 illik ömrünün 60 ilini əsgər kimi həqiqi hərbi xidmətdə keçirən Vasiliy Koçetkovdur.

Koçetkov haqqında yazılan məqalələr həmişə böyük uğur qazanıb. Rəssam Borelin “Dünya illüstrasiyası” əsəri məhz Koçetkova həsr olunub. Ömrünü hərbə həsr edən Koçetkov 25 illik xidmət müddətini 1836-cı ildə başa çatdırsa da, Simbirskidəki doğma kəndinə qayıtmayıb. Rusların Qafqaza hərbi yürüşündə  əjdaha alayında xidmət edib. Rusiya – Türkiyə müharibəsində onun 70 yaşı vardı və  Sevastopolda vuruşurdu. Sonralar tarixçilər yazırdılar: “Sevastopolun qəhrəman müdafiəçiləri çox çətin beynəlxalq vəziyyətdə olan Rusiyanın nüfuzunu xilas etdilər. Burada insanlar 70 yaşında könüllü vuruşurdular”. Bundan sonra  təqaüdə çıxan Koçetkov 80 yaşında yenidən əsgər həyatı yaşayıb. O, işğalçı Rusiya ordusunun tərkibində Orta Asiyada Kokand, Xivə və Buxara xanlıqlarına qarşı vuruşub.

image

Məşhur rus rəssamı Pyotr Borel o vaxta qədər “1853, 1854, 1855 və 1856-cı illər müharibəsində fərqlənmiş və fəal birləşmələrə komandanlıq etmiş şəxslərin portretləri” kolleksiyasını yaratmışdı. Rəssam Koçetkovun ölümündən dərhal sonra ağlında sual yarada biləcək bütün məqamları özü üçün aydınlaşdırdı. Əsgər Koçetkov haqqında heyrətamiz, bəzən ağlasığmaz şeylərdən bəhs edən materialın illüstrasiyasını hazırlamaq qərarına gəldi. Amma SSRİ dönəmində çar dövrü əsgərinin adı çəkilməyib. Həmin dövr heç kim  Hökumət Bülletenindən sitat gətirməyə ürək etməyib. Buna həm də Koçetkovun Çar II Aleksandrla şəxsi görüşü və onun “üç imperatorun əsgəri” adlandırılması da səbəb olub.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*