Onlar 100 il yaşaya bilir – Sirri bu imişbackend

Onlar 100 il yaşaya bilir - Sirri bu imiş

Yaponiyada aparılan yeni araşdırma uzunömürlülüklə bağlı maraqlı faktı ortaya çıxarıb.

KONKRET.az xəbər verir ki, Okinava bölgəsində yaşayan insanların dünya üzrə ən uzunömürlü insan qruplarından biri olduğu müəyyən edilib. Mütəxəssislərin bildirdiyinə görə, bu bölgədə insanların 100 yaşa qədər yaşama ehtimalı digər ölkələrlə müqayisədə daha yüksəkdir. Araşdırmalara əsasən, uzunömürlülüyün əsas səbəbləri arasında balanslı qidalanma, az kalorili rasion, müntəzəm fiziki aktivlik və güclü sosial əlaqələr göstərilir. Xüsusilə tərəvəz və balıq əsaslı qidalanmanın sağlamlığa müsbət təsir etdiyi qeyd olunur. Bundan başqa, alimlər stressin aşağı səviyyədə olması və aktiv həyat tərzinin ürək-damar xəstəliklərinin riskini azaltdığını bildirir.

Mütəxəssislər vurğulayır ki, Okinava modeli sağlam həyat tərzinin insan ömrünü əhəmiyyətli dərəcədə uzada biləcəyini göstərən ən maraqlı nümunələrdən biridir.\\Metbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*