“Onun Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir” – Vitse-spikerbackend

"Onun Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir" - Vitse-spiker

“Uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib. Onun sözlərinə görə, bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib.

“Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısı onun ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək”. (Musavat.com)

  • Тофик Ахмедов
    İyul 18, 2022 - 17:52

    Əgər Azərbaycanın hər hansı bir qurumunda eyni bir regiondan olanlar üstünlük təşkil edirsə, orada heç vaxt təmizlikdən, obyektivlikdən söhbət gedə bilməz! Əfsuslar olsun ki, uzun onilliklərdir ki, ölkəmizdə belə əcayib siyasət yüfüdülür. Biz bunun nəinki AMEA-da eləcə də bu günlərdə Dövlət gömrük komitəsində şahidi olduq. Əfsuslar olsun ki, bu günümüzün reallığıdır. Nə qədər ki ölkəmiz regionlara, kastalara bölünmək siyasəti ilə idarə olunacaq, heç bir tərəqqidən, irəliləyişdən söhbət gedə bilməz! Məşhur alman kansleri Otto Bismark gözəl demişdir: ” Təhsildə qənaət edirsinizsə, turmələrin tikintisində qənqət edə bilməyəcəksiniz!” Təhsil və mədəniyyət qalıa prinsipi ilə maliyyələşirsə, çox iri, lazımsız proyektlərə milyonlar xərclənirsə, biz mütləq geridə qalacaöıq. Yapon baş nazirindən soruşmuşlar:”Siz belə elmi-texniki ətərqqini necə əldə etmisiniz? O isə cavabında demişdir, biz müəllimə baş nazirin maaşını, diplomat toxunuzmaqlığını və imperator hörmətini verdik və nəticələrimiz göz qabağındadır!” Savadsız, mədəniyyətsiz birisini hara təyin edirsən et, nəticə özünü çox gözlətməyəcəkdir!

Тофик Ахмедов üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*