Orban: “Trampın Ağ Evə qayıtması Ukraynada sülh üçün ilkin şərtdir”backend

Orban: "Trampın Ağ Evə qayıtması Ukraynada sülh üçün ilkin şərtdir"

“Əgər Donald Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq olardı. Ona görə də bu ölkədəki vəziyyətin həllinə ümidlər ona bağlanmalıdır”.

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

O əminliklə bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi baş verməzdi.

“Mən buna tam əminəm. Ona görə də Tramp yenidən prezident olsa, müharibəni dayandıra biləcək”, – deyə Macarıstan hökumətinin başçısı bildirib.

Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin Ağ Evə qayıtması davamlı sülh üçün ilkin şərtdir.

Orban dəfələrlə iddia edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar təkcə Ukrayna və Rusiyanın deyil, həm də yaxın vaxtlara qədər Kiyevə ən böyük hərbi və maliyyə yardımı göstərən ABŞ-ın iştirakı ilə aparılmalıdır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*