Otellərin karantin yerlərinə çevrilməsi ilə bağlı açıqlamabackend

Otellərin karantin yerlərinə çevrilməsi ilə bağlı AÇIQLAMA

“Sahibkarlar var ki, özlərinin istirahət zonalarını və hotelləri artıq dövlətə təqdim ediblər”.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

O, bildirib ki, ölkəyə qayıdan şəxsləri karantində saxlamaq üçün mütləq yer lazımdır: “Yerlər də getdikcə çatışmır. Ona görə də sahibkarlarla dövlət arasında həmrəylikdir. Həkimlər var ki, bu işə kömək üçün bizdən xahiş edirlər. Neft Daşlarında işləyənlər evlərinə gəlmək istəmirlər, ölkənin infrastrukturuna öz töhfələrini vermək istəyirlər. Bütün bunlar olduqca təqdirəlayiq haldır”.

  • Qurban Bayramov
    Mart 27, 2020 - 09:20

    Milli birlik buna deyərlər… Korona xanım heç kimə hakimlə-məzluma fərq qoymur!! Ona görə də imkanlı vətəndaşlarımız mərhəmət göstərməli, xalqımıza, dövlətimizə kömək etməlidirlər!! Bu təşəbbüsü alqışlayıram…

  • Rəsad
    Mart 27, 2020 - 23:05

    Andolsun Bir,olan Allaha şəxsən mənim imkanım olsa evdən çölə çıxmaram çox demirəm 350 400 manat pulum ola ən azı bir ayı yola verərəm evdə.Ailəli adamam özümdə məcburi köçkün.məcbur dolanmaqdan ötrü çıxıram qorxa qorxa taxi işləməyə.mən Prizdentin verdiyi əmirlərnən çox razıyam insanların sağlamlığı üçün xəstəliyin artmaması üçün əlinnən gələni edir vətəndaşlarda özün qorumalıdır.Kimki bu xəstəliklə mübarizədə devlətə millətə dəstək olur Allah köməyi olsun.

Rəsad üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*