İran prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibaf xarici işlər naziri Abbas Əraqçinin vəzifədən uzaqlaşdırılmasına çalışırlar.
KONKRET.az xəbər verir ki, onlar Əraqçini ABŞ ilə aparılan danışıqlarda ölkənin siyasi rəhbərliyini məlumatlandırmadan, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidinin göstərişlərinə uyğun hərəkət etməkdə günahlandırırlar.
Bu barədə Iran International nəşri vəziyyətdən xəbərdar olan iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, son iki həftə ərzində Əraqçi Pezeşkianı məlumatlandırmadan Vahidi ilə tam koordinasiyada fəaliyyət göstərib.
Mənbələrin sözlərinə görə, yaranmış vəziyyət prezidentin narazılığına səbəb olub. Pezeşkian yaxın çevrəsinə bildirib ki, belə hallar davam edərsə, Əraqçini vəzifədən azad edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
