Ötən il ən çox qol vuran müdafiəçilər açıqlandıbackend

Ötən il ən çox qol vuran müdafiəçilər açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin siyahısını dərc edib.

KONKRET.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiyanın “Reyncers” komandasından Ceyms Tavernye birinci pillədə qərarlaşıb.

32 yaşlı oyunçu ötən il 26 dəfə rəqib qapılarına yol tapıb. Qollardan 14-ü penaltidən gerçəkləşib.

Kuk adalarının “Vellinqton Olimpik” klubundan Benjamin Mata 21 qolla (17 penalti) ikinci, Çexiya “Sparta”sından Ladislav Kreyçiy 20 qolla (9 penalti) üçüncü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*