Ovladığı qaşqaldağı yedi, qarnına qırma doldu – Azərbaycandabackend

Ovladığı qaşqaldağı yedi, qarnına qırma doldu - Azərbaycanda

Bakıda müayinəyə gələn xəstənin bağırsaqlarında yad cisim tapılıb.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, mədə-bağırsaq sistemindən şikayətçi olan xəstə müayinə üçün Bakıdakı özəl klinikaların birinə müraciət edib. Müayinə zamanı onun kor və qalxan çənbər bağırsaqların proyeksiyasında iki ədəd 3 mm ölçüdə metal yad cisim tapılıb. Həmin yad cisimlərin isə güllə qırmaları olduğu üzə çıxıb.

Məlum olub ki, Masallı sakini olan orta yaşlı kişi bir neçə gün əvvəl ovladığı qaşqaldağı yeyib. Tələsik yediyindən ov ətindəki qırmaları da udub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*