Öz aramızdır: “Sən demə, Lenin Rəhmanın əmisi oğludur” – Çingiz Əhmədovdan ÖZƏLbackend

Öz aramızdır: "Sən demə, Lenin Rəhmanın əmisi oğludur" - Çingiz Əhmədovdan ÖZƏL

Əziz oxucular, KONKRET.az bu gündən etibarən “Öz aramızdır” rubrikası ilə görüşünüzə gəlir. Bu bölmədə tanınmış incəsənət, elm, siyasət və iş adamları başlarına gələn maraqlı və yumoristik əhvalatları, özü də eksklüziv olaraq saytımız vasitəsilə sizinlə də bölüşəcəklər.

Rubrikamızın ilk qonağı isə hamının sevimlisi, həmişə cavan və pozitiv əməkdar artist Çingiz Əhmədovdur.

Beləliklə, Çingiz müəllim nəql edir ki:

“Bir dəfə Moskvada Nəsibə xanımın adını daşıyan teatra qastrola getmişdik. Orada konsertlər, tamaşalar verdik. Həmkarım Rəhman mənə dedi ki, burada bir qohumum var, əmioğludur, mütləq gedib ona da dəyməliyik. Zəng edib, xəbər vermişəm, çox xahiş edirəm səndən, gedək onu da yoluxaq. Dedim, gedək. Gedə-gedə axır mavzoleyin yanına çatdıq. Soruşdum ki, qohumun burada yaşayır, yoxsa işləyir? Dedi, yox əşşi, bura yaşayış yeridir, bəyəm? Elə adamdır ki, indi özün görəcəksən onu. Mavzoleyin içinə girdik. Gördüm ki, içəridə Leninin tabutuna tərəf böyük bir növbə var. Nə isə, biz də həmin növbə ilə Leninin uzandığı yerin yanı ilə keçdik. Üzünə işıq-filan salmışdılar. Baxıb keçəndən sonra çıxdıq bayıra. Rəhmandan soruşdum ki, bəs əmioğlu hanı? Dedi ki, şükür Allaha, əmioğlunu gördüm, rahatlaşdım. Sən görmədin ki? Dedim, yox… Başladı gülümsəməyə. Onda bildim ki, sən demə, mənimlə zarafat edirmiş, əmioğlu adıyla Lenini göstərirmiş…” (gülür).

“Öz aramızdır” rubrikamıza aktyorun xeyir-duası isə belə oldu: “Göydə Allah-Təala, yerdə Zaqatala”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*