Paris meriyasında axtarış aparılıbbackend

Paris meriyasında axtarış aparılıb

Paris polisi şəhər meri Anne Hidalqonun 2023-cü ildə Fransız Polineziyasına səyahət xərcləri ilə bağlı araşdırma çərçivəsində meriyada axtarış aparıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Milli Maliyyə Prokurorluğu 2023-cü ilin noyabrında Hidalqonun səfəri ilə bağlı araşdırmaya başlayıb. Bu addım antikorrupsiya orqanlarının və Paris merinin siyasi rəqiblərinin şikayətlərindən sonra atılıb.

Həmin müddətdə mer Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə yollanıb. Amma məlum olub ki, məqsəd 2024-cü il Yay Olimpiya Oyunları ilə bağlı fransız rəsmilərinin Taitiyə səfərini təşkil etmək olsa da, Hidalqo səfər çərçivəsində qızı ilə tətil keçirib.

Fransa məktəbində törədilən terror aktı və HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra yaranan gərginlik fonunda Paris merinin səyahət etmək qərarı sərt tənqidlər olunub. Səfərin bahalılığı isə ictimai qəzəbi daha da artırıb. Hidalqo və Paris meriyasının digər beş məmurunun Sakit okeanın cənubuna səfəri büdcəyə təxminən 60 min avroya başa gəlib.

Xatırladaq ki, ifrat ermənipərəstliyi ilə fərqlənən və ofisində Qarabağ separatçılarını qəbul edən Paris meri Ann Hidalqo ötən ilin avqustuda İrəvandan Laçın dəhlizinə gedən “humanitar” karvanı müşayiət etməsi ilə yadda qalıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*