Paris Olimpiadası ləğv edilir?backend

Paris Olimpiadası ləğv edilir?  

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

KONKRET.az-ın məlumatına görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb.

“Bu, açıq-aydın Fransaya, BOK-a və onun prezidentinə və Olimpiya Oyunlarına qarşı davam edən dezinformasiya kampaniyasının bir hissəsidir . Bunun heç bir faktiki əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı 2024-cü ildə Parisdə keçiriləcək möhtəşəm Olimpiya Oyunlarını səbirsizliklə gözləyir”.

Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır. (Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*