Kimlərə qarğıdalı yemək olmaz?backend

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir.

KONKRET.az əsas faydalarını təqdim edir:

Gözləri qoruyur: Tərkibindəki antioksidantlar (xüsusilə zeaksantin) yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.

Sidikqovucu təsir: Yalnız dənələri deyil, xüsusi dəmlənən qarğıdalı saçaqları da təbii sidikqovucu olaraq böyrəklərə və sidik kisəsinə müsbət təsir göstərir

Həzmi asanlaşdırır: Tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır.

Enerji verir: Tərkibindəki davamlı nişasta sayəsində bədəni uzun müddət tox saxlayır və əla enerji mənbəyi hesab olunur.

Ürək sağlamlığını qoruyur: Kaliumla zəngin olduğu üçün qan təzyiqini (təzyiqi) tənzimləməyə kömək edir.

Kimlərə olmaz?

Mədə-bağırsaq problemləri: Xüsusilə xora və qastriti olanlarda lifli quruluşu səbəbindən həzm çətinləşə bilər.

Qıcıqlanmış bağırsaq sindromu: Bağırsaqlarında həssaslıq olanlarda köp və ağrıları artıra bilər.

Allergiyası olanlar: Qarğıdalı zülalına qarşı dözümsüzlük və ya allergik reaksiyaları olanlar.\\demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*