Paşinyan 1 mart 2008-ci il aksiyasında həlak olanları yad etdibackend

Paşinyan 1 mart 2008-ci il aksiyasında həlak olanları yad etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslər Qriqor Lusavoriç küçəsindəki parkda ucaldılmış “Təsir və əks-təsir” abidəsini ziyarət ediblər. 

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, ziyarət zamanı Ermənistan isteblişmenti Qriqor Lusavoriç küçəsindəki parkda ucaldılmış abidənin önünə gül dəstələri qoyublar və  2008-ci il 1 mart hadisələri qurbanlarının xatirəsini yad ediblər.

Xatırladaq ki, 2008-ci il fevralın sonunda Köçəryan prezident postunu tərk edib, səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana verməyə hazırlaşırdı. Səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarları, o camlədən Paşinyan Yerevanda etiraz aksiyaları təşkil ediblər. Martın 1-nə keçən gecə minlərlə erməninin etiraz aksiyası dağıdılıb, iğtişaşlar zamanı on nəfər öldürülüb, 250-dən çox aksiyaçı yaralanıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*