Paşinyandan ŞOK etiraf: Oktyabrın 20-də Azərbaycanla sülhə hazır idik, Putin imkan vermədi – YENİLƏNİBbackend

Paşinyandan ŞOK etiraf: Oktyabrın 20-də Azərbaycanla sülhə hazır idik, Putin imkan vermədi - YENİLƏNİB

Baş nazir Nikol Paşinyan Qarabağdakı müharibənin oktyabr ayında dayandırılmamasının səbəbini açıqladı. Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarının və parlamentdən kənar qüvvələrlə və Təhlükəsizlik Şurası ilə müzakirələrin məzmununu danışıb.

KONKRET.az xəbər verir ki, “Novosti-Armenia” Agentliyi Paşinyanın Facebook səhifəsində yayımladığı mesajın tam mətnini yayıb. Məlumatda deyilir ki, “19 oktyabrda “Artsax” prezidenti Arayik Arutyunyan mənə zəng edərək müharibənin dayandırılmalı olduğunu deyib. O, yalnız öz baxışlarını mənə deyil, həm də keçmiş “DQR” prezidentləri Arkadi Qukasyana, Bako Saakyana, habelə (Ermənistanın keçmiş prezidentləri – red.) Robert Köçəryana, Serj Sarkisyana və Levon Ter-Petrosyana da çatdırdığını bildirib. Rusiya prezidenti Vladimir Putinə zəng etdim. O isə mənə  dedi ki, “bunu Rusiya təkliflərinin məntiqində tətbiq etməyə çalışmaq lazım olacaq”. Yəni, status məsələsinin təxirə salınması (Artsax – red.), ətraf bölgələrin təslim olması, Rus sülhməramlılarının yerləşdirilməsi və sair…  Mən ona sülhməramlıların keçmiş DQMV sərhədi və Laçın dəhlizi boyunca yerləşdirilməli olduğunu söylədim. Razılaşdı. Və dedi ki, “müzakirələrdən sonra sizə geri dönəcəm”. Mən bundan sonra “Artsax” prezidentinə zəng etdim və dedim ki, mümkün variant yuxarıda göstərilən variantdır. Razılaşdığını söylədi. Bundan sonra parlamentdən kənar qüvvələri dəvət etdim və belə bir qərar verdiyimi dedim. Onların bir çoxu bunu qəbul etmək istəmədi. Bəziləri görüşdən sonra sosial şəbəkələrdə xalqı mübarizədən dayandıracaq olanların xain olduqlarını yazdı və s.

Elə həmin gün parlamentin fraksiya nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Respublika Prezidenti, Bütün ermənilərin Patriarxı da iclasda iştirak edirdi. Müxalifət bu xəbəri qəbul etmək istəmirdi. Amma söhbəti elə bir şəkildə apardım ki, heç bir məsuliyyət onların üzərinə qoymayacağam. Ona görə də o zaman heç bir açıq bəyanat verə bilmədim. Çünki Azərbaycan açıq bəyanatımdan sonra təklifi rədd etsəydi, bu, bütün müqavimət sistemimizin uğursuzluğu olardı. Yenidən Rusiya Federasiyasının Prezidentinə zəng etdim və dedim ki, “razıyam”. Putin  mənə “Əliyevlə sabah  səhərə qədər müzakirə edəcəyini və yenidən mənə zəng edəcəyini”- söylədi.

Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə “Artsax”ın statusu və ya aydınlaşdırma mexanizmi göstərilmədən hər hansı bir razılığa gəlməyə razı olmadıqlarını söylədilər. Əslində onlar da R.Köçəryan, S. Sarkisyan, L.Ter-Petrosyan adından danışdılar. Ancaq bütün bunlar vacib deyildi, çünki qərar verdim və onu sona qədər aparmağa hazır idim.

Ertəsi gün, danışdığımız kimi, Rusiya Federasiyasının Prezidenti mənə zəng etdi. Əliyevin razılığını aldığını, ancaq sülhməramlıların DQMV sərhədləri boyunca yerləşdirilməməli olduğunu, eləcə də Hadrut və Talışın azərbaycanlıların nəzarətində olduğu üçün azərbaycanlıların bu xətlərdən geri çəkilməyə razı olmadıqlarını və sülhməramlıların faktiki təmas xətti boyunca keçmiş DQMV ərazisinə yerləşdirilməli olduğunu” söylədi.

Həmçinin, azərbaycanlıların Şuşaya qaytarılması üçün öhdəlik götürməliydim. Beləliklə, atəşkəs qeyri-mümkün oldu, çünki Hadrut məsələsində razılığa gəlsəm də, “Şuşanın Azərbaycana təslim olacağını təsəvvür edə bilməyəcəyimi”- dedim. Rusiya Federasiyasının Prezidenti azərbaycanlıların Şuşaya qaytarılması variantına qarşı olduğum üçün təəccübləndi. Dəlillərimi təqdim edəndə bunun məntiqli olduğunu və bəzi nüanslar barədə zəif məlumatlandırıldığını dedim. Çünki belə bir şəraitdə Şuşanın əhalisinin 90% -i azərbaycanlılar olacaqdı və bu da Stepanakertə gedən yolun nəzarətimizdən çıxmağı demək idi.

Əminəm ki, Şuşanıi təslim etmək variantına razı olsaydım, Azərbaycan yeni bir şərt irəli sürəcəkdi – Karmir Şuka (Qırmızı Bazar) yolu və s. Beləliklə, razılaşma reallaşmadı. Bu vaxta qədər Cəbrayıl, Hadrut və ona bitişik bir neçə kənd, Füzuli, Talış itirildi. Bundan əvvəl iki dəfə humanitar barışıq elan edilmişdi – birincisi, 10 oktyabrda Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə, ikincisi 17 oktyabrda Fransa Prezidentinin vasitəçiliyi ilə. Hər iki vasitəçilik də uğursuz oldu”.

Qeyd edək ki, noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin 19-20 oktyabr tarixlərində həm İlham Əliyevlə, həm də mənimlə bir sıra telefon danışıqları apardığı barədə açıqlama verib. O, Əliyevi döyüş əməliyyatlarını dayandırmağa inandırmağın mümkün olduğunu qeyd etdi. Ancaq məcburi şərt qaçqınların o cümlədən Şuşa şəhərinə qayıtması idi. Bununla belə Putin gözlənilmədən onun özü üçün, erməni tərəfi, Ermənistanın və Qarabağın maraqlarını təhdid edən bu yanaşmanın qəbuledilməz olduğunu dedi. Putin Şuşa da daxil olmaqla Qarabağ ərazisinin bu hissəsi üzərində erməni tərəfinin nəzarətini təmin etməklə və rus sülhməramlılarının varlığını nəzərə alaraq mülki insanları geri qaytarmağın lazım olduğunu” vurğuladı. Beləcə danışıqlar sonlandı”.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*