Paşinyan: “Biz yenidən Azərbaycana təkliflərimizi təqdim etdik, cavab gözləyirik”backend

Paşinyan: "Biz yenidən Azərbaycana təkliflərimizi təqdim etdik, cavab gözləyirik"

“Biz yenidən Azərbaycana təkliflərimizi təqdim etdik, hələ cavab almamışıq”. 

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Moskvada görüş cümə axşamı baş tutacaq və mən buna qədər sülh müqaviləsinin imzalanmasını real hesab etmirəm.

“Əgər kommunikasiyaların açılması ilə bağlı ortaq məxrəcə gələ bilsək, yanaşmalarımızı və prinsiplərimizi istisna edə bilmərəm.

Dedim ki, bizim vəzifəmiz danışıqları tez bir zamanda başa çatdırmaq və sülh müqaviləsini imzalamaqdır. Hər halda, komandamız çox çalışır.

Bilirsiniz ki, Vaşinqtondan əvvəl biz öz dəyişikliklərimizi yenidən Azərbaycan tərəfinə təqdim etmişik. Səhv etmirəmsə, bunlar dördüncü redaktədir. İndi biz mahiyyət etibarı ilə onların reaksiyasını gözləyirik. Ümid edirik ki, bu, Vaşinqtonda aparılan müzakirələri, anlaşmanı, razılaşmaları, anlaşmada əldə edilən irəliləyişi əks etdirəcək.

Əgər məlum olsa ki, Azərbaycan bu həftə öz reaksiyalarını verəcək və təhlil üçün bir həftə kifayətdirsə, biz də güzəşt məntiqində yanaşmaları məqbul sayırıq. Niyə də olmasın? Lakin hələlik onların cavabını almamışıq”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*