Nikol Paşinyanın qərarı ilə Artur Qasparyan Ermənistan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, həmin gün imzalanan digər qərarla Qasparyan Ermənistan Dövlət Mühafizə Xidmətinin rəhbəri təyin edilib.
Müvafiq qərarlar Ermənistan Respublikası hökuməti tərəfindən e-gov.am saytında dərc edilib.
Natiq Səlim,
KONKRET.az
