Pelenin məqbərəsi AÇILDI – FOTObackend

Pelenin məqbərəsi AÇILDI - FOTO

Mayın 15-də futbol üzrə üçqat dünya çempionu, əfsanəvi futbolçu Pelenin dəfn olunduğu qəbiristanlıqda xatirə abidəsi açılıb. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, məqbərəni həftə içi səhər saat 9-dan 12-yə qədər və 14-dən axşam 18-ə qədər ziyarət etmək mümkündür.

Məlumata görə, giriş pulsuzdur.

Xatırladaq ki, əfsanəvi futbolçu ötən il dekabrın 29-da 82 yaşında vəfat edib. O, uzun müddət xərçənglə mübarizə aparıb. Pele tarixdə yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). Braziliya millisinin heyətində 92 oyun keçirib və 77 qol vurub. Bundan əlavə, idmançı peşəkar karyerasında ən çox qol vuraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb. Futbolçunun 1281 qol vurduğu bildirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*