Podolyak müharibənin hansı səbəbdən tez bitəcəyinin ANONSUNU verdi: “Rusiyanın daxilində…”backend

Podolyak müharibənin hansı səbəbdən tez bitəcəyinin ANONSUNU verdi: "Rusiyanın daxilində...

Rusiya ilə Ukrayna arasında müharibə Kiyevin şərtləri ilə istənilən an və yaxud bir və ya altı aya bitə bilər.

KONKRET.az “Korrespondent.net” saytına istinadən xəbər verir ki, bu fikirləri iyunun 3-də telemarafonun efirində Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak səsləndirib.

“Müharibə paradoksal ola bilər. Yəni hər an bitə bilər, amma Ukraynanın şərtləri ilə. Bir aya və yaxud qışadək sona çatar. Çünki müharibə döyüş meydanında təkcə riyaziyyat deyil” deyə o, qeyd edib.

Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, riyaziyyatla yanaşı, müharibələrin də öz psixologiyası var.

Eyni zamanda, o, Rusiya Federasiyasında ölkənin təcrid olunması fonunda alovlanan daxili münaqişəni xatırladıb.

“Onlar bu gün güclü sanksiya təzyiqi altında onsuz da kənarda qalıblar, reputasiyaıarı əhəmiyyətsiz görünür. Bütün bunlar daxili çaxnaşma, münaqişələr yaradır. Bu kimi amillərin çoxu müharibənin paradoksal şəkildə tez bitməsinə səbəb ola bilər”, – Podolyak izah edib.

Roman Göytürk, 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*