Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, son olaraq daha 2 oyun keçiriləcək.
“Araz-Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. Naxçıvan klubu 26 xalla 6-cı, “gənclik şəhəri” təmsilçisi 30 xalla 3-cü pillədə qərarlaşıb.
Tur “Neftçi” – “Qəbələ” matçı ilə başa çatacaq. Paytaxt təmsilçisi 29 xalla 4-cü, “qırmızı-qaralar” 14 xalla sonuncu-10-cu yerdədir.
