İnaqurasiyadan sonra Argentinanın yeni prezidenti Xavyer Mayli seçki vədlərinə uyğun olaraq nazirliklərin sayının 19-dan 9-a endirilməsini nəzərdə tutan ilk fərmanını imzalayıb.
KONKRET.az xəbər verir ki, Argentinada aşağıdakı nazirliklər fəaliyyət göstərəcək:
müdafiə
xarici işlər,
iqtisadiyyat,
daxili işlər və təhlükəsizlik,
infrastruktur,
ədalət,
beynəlxalq ticarət və mədəniyyət,
səhiyyə,
İnsan Kapitalı Nazirliyi.
Nəşr qeyd edir ki, İnsan Kapitalı Nazirliyi hökumət strukturunda yeni qurumdur. Onun rəhbəri Demokratik Mərkəz İttifaqının (Ucede) keçmiş vitse-prezidenti, jurnalist Sandra Pettovello təyin edilib.
Maylinin yeni hökumətinin nazirləri Casa Pink-in Ağ Otağında and içiblər. Mərasim bağlı qapılar arxasında, mətbuatın və canlı yayımın iştirakı olmadan keçirilib ki, bu da görünməmiş bir hadisə idi. Prezidentin bacısı Karina Maylinin prezidentin baş katibi olduğu bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
