Rusiya Krımı tərk etməyəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində bildirib.
“Hələ 2014-cü ildə prezident Putinlə Krımla bağlı müəyyən müzakirələr və danışıqlar aparmışdım. Lakin bu heç bir nəticə vermədi. Və hesab edirəm ki, hazırda bu da uğur qazanmayacaq”, – Ərdoğan deyib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan Ukraynada münaqişənin uzun sürəcəyini bildirmişdi.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır”.
Ariz Həsənoğlu,
KOKRET.az