“Putin öz sözünün ağasıdır” – Nazarbayevbackend

“Putin öz sözünün ağasıdır” - Nazarbayev

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiya lideri Vladimir Putini sözünün və əməlinin adamı kimi xarakterizə edib.

KONKRET.az xəbər verir ki, Nazarbayev bildirib ki, Putin həmişə verdiyi vədlərə sədaqətlə əməl edir.

“Putin öz sözünün ağasıdır. Aramızda heç vaxt anlaşılmazlıq olmayıb. O, həmkarlarına verdiyi vədləri həmişə vicdanla yerinə yetirir”.

Nazarbayevin sözlərinə görə, Putinin bir xüsusiyyəti də odur ki, sözünün üstündə durmayan, öhdəliklərini yerinə yetirməyən dövlət başçıları və başqa adamlara qarşı sərt davranır.

“Onun dostluğa sadiq olduğunu bilirəm. Dövlət başçılarında o qədər də tez-tez rast gəlinməyən bu nadir insani keyfiyyətlər hörmət və etimad yaradır”, – Qazaxıstanın eks-prezidenti qeyd edib.

Nazarbayev müstəqil Qazaxıstanın ilk prezidenti olub və 30 ilə yaxın ölkəyə rəhbərlik edib. O, 2019-cu il martın 20-də dövlət başçısı vəzifəsini tərk edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*