Putindən Səudiyyəyə gözlənilməz səfər – 2 milyardlıq saziş imzalanacaq – FOTOLARbackend

Putindən Səudiyyəyə gözlənilməz səfər - 2 milyardlıq saziş imzalanacaq – FOTOLAR

Rusiya prezidenti Vladimir Putin Kral Salmanla görüşmək üçün Ər-Riyada səfər edib.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Putin və onu müşayət edən heyət Riyad əmiri şahzadə Faysal bin Bəndər və digər nazirlər tərəfindən Kral Xalid Beynəlxalq hava limanında qarşılanıb.

Qarşılanma mərasimindən sonra Putin Kral Salmanla təkbətək görüş üçün Əl-Yemame Sarayına gedib. Putin Səudiyyə Ərəbistanı rəhbərliyi ümumi dəyəri 2 milyard dollardan çox olan 10 sazişin imzalanması gözlənilir.

Qeyd edək ki, Putinin Səudiyyə Ərəbistanına son 12 ildə ilk səfəridir.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*