Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEObackend

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” avtomobilindən istifadə edərkən görüntülənib.

K0NKRET.az xəbər verir ki, müvafiq məlumatı “Yonhap” agentliyi KXDR Mərkəzi Televiziyasının kadrlarına istinadən yayıb.

Bildirilib ki, KXDR lideri Pxenyanın Xvason rayonunda mənzil tikintisinin başa çatma mərasiminə “Aurus” markalı avtomobillə gəlib.

Qeyd edək ki, Putin fevralın 18-də siyasətçiyə rus avtomobilini hədiyyə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya rəhbərinin belə bir hədiyyə alan ilk dünya lideri olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*