Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətini təkcə hazırkı dövlət başçısı kimi deyil, həm də prezidentliyə namizəd kimi elan edəcək.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Bir çox cəhətdən bu, namizəd Putinin seçkilərə getdiyi proqram olacaq”,- deyə Peskov qeyd edib. O, müraciətin bir saatdan çox davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Rusiyanın dövlət baçısı bu gün Moskva vaxtilə saat 12:00-dan Federal Məclisə illik müraciəti edəcək. Tədbir Qostinı Sarayında baş tutacaq.
Xatirə SADİQ,
KONKRET.az
