Putinin nüvə ilə bağlı qərarı NATO-nu hərəkətə keçirdi – Təcili görüşbackend

Putinin nüvə ilə bağlı qərarı NATO-nu hərəkətə keçirdi - Təcili görüş

Rusiya Prezidenti Vladimir Putinin nüvə ilə bağlı sərəncam imzalamasından sonra NATO hərəkətə keçib.

KONKRET.az xəbər verir ki, NATO-nun fövqəladə iclas keçirəcəyi elan edilib və bu iclasa Ukraynanın da qatılacağı bildirilib.

Qeyd edək ki, Vladimir Putin Bayden administrasiyasının Ukraynaya verdiyi uzunmənzilli ATACMS raketlərindən Rusiya ərazisinə qarşı istifadəsinə icazə verməsindən sonra gücləndirilmiş nüvə doktrinası haqqında sərəncam imzalayıb.

19 noyabrda təsdiqlənmiş yeni qərara görə Rusiya ərazisinə ballistik raket hücumu ediləcəyi təqdirdə Moskva buna nüvə silahı ilə cavab verə bilər. Doktrinaya görə, belə hücum digər nüvə silahı olan dövlətin dəstəyi ilə həyata keçirilərsə və ya pilotsuz uçuş aparatları və hərbi təyyarələr vasitəsilə edilərsə, bu da nüvə cavabı üçün əsas hesab ediləcək./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*