Almaniyada qaçqınlara hücumlar ikiqat artıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Neuen Osnabrücker” qəzeti hökumətin Sol Partiyasından olan millət vəkili Klara Büngerin parlament sualına verdiyi cavabı dərc edib.
Qəzetin xəbərinə görə, 2022-ci ildə ölkədə qaçqınlara qarşı 1248 hücum olduğu halda, 2023-cü ildə hücumlarda bir il əvvəlki ilə müqayisədə təxminən iki dəfə artım var. Belə ki, ötən il ölkədə qaçqınlara qarşı 2378 hücum olub.
Keçən il qaçqınları hədəf alan hücumlarda 219 nəfər yaralanıb, onlardan 313-ü zorakılıq xarakteri daşıyır.
2022-ci ildə qaçqın yataqxanalarına qarşı 70 hücumun edildiyi ölkədə bu rəqəm 2023-cü ildə 180 olaraq qeydə alınıb.
Ariz Həsənoğlu,
KONKRET.az
