İranlı rejissor Cəfər Pənahinin “Sadə təsadüf” adlı filmi Kann Kino Festivalında əsas mükafat – “Qızıl Palma Budağı” ilə təltif olunub.
KONKRET.az xəbər verir ki, Pənahi bu filmi İran hakimiyyətinin onun fəaliyyətinə qoyduğu qadağalara baxmayaraq çəkib. O, 2010-cu ildə hakimiyyəti tənqid etdiyinə görə 6 il həbs və 20 il sənət fəaliyyətindən uzaqlaşdırma cəzası almış, lakin yalnız 2022-ci ildə həbs olunmuşdu. 2023-cü ildə 65 yaşında həbsdə aclıq aksiyasına başladıqdan sonra azadlığa buraxılıb, lakin film çəkməyə olan qadağa qüvvədə qalıb.
Filmin süjet təfərrüatları sentyabr premyerasına qədər gizli saxlanılır. Lakin şüarı diqqət çəkir: “Əhəmiyyətsiz görünən bir təsadüf, ardıcıl və artan nəticələrə yol açır.”
Natiq Səlim,
KONKRET.az