Günay Ağamalı yayılan videoya münasibət bildirdi: “Ailəmə, övladlarıma…“backend

Günay Ağamalı yayılan videoya münasibət bildirdi: “Ailəmə, övladlarıma...“

“Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır. Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və  övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir”. 

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

G.Ağamalı bildirib ki, yayılan videodakı şəxs onun övladım deyil: “Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir”.

Deputat xatırladıb ki, hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir:

“Bizi yolumuzdan heç kim çəkindirə bilməz.

Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və  xalqımızın  mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.

Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri  qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*