Qadın səsi ilə olan reklamlar QADAĞAN EDİLDİbackend

Qadın səsi ilə olan reklamlar QADAĞAN EDİLDİ

Əfqanıstanın Qəzni vilayətinin informasiya və mədəniyyət şöbəsi bütün media orqanlarına qadın səsləri ilə reklam yayımlamamaq barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Hashte Subh” qəzeti yazıb.

“Taliban” yerli mediaya xəbərdarlıq edib ki, əmrə tabe olmadıqları təqdirdə sərt tədbirlərlə üzləşəcəklər.

Məlumata görə, rayon mətbuatında çalışan qadınlar qadağadan sonra işə çıxmır.

Qeyd edək ki, bundan əvvəl əfqan qadınlarına BMT ofislərində işləmək, şadlıq saraylarına, əyləncə parklarına tək getmək, universitet və məktəbdə təhsil almaq qadağan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*