“Qalatasaray”dan ayrıldıbackend

"Qalatasaray"dan ayrıldı

“Qalatasaray” futbol klubunun qış transfer pəncərəsində İtaliyanın “Napoli” klubundan icarəyə götürdüyü niderlandlı vinger Noa Lanq İstanbul təmsilçisindən ayrılıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu sosial media hesabı vasitəsilə etdiyi paylaşımla “Qalatasaray” azarkeşlərinə vida mesajı ünvanlayıb.

O, paylaşımında aşağıdakı sözlərə yer verib: “Hər şey üçün təşəkkürlər “Qalatasaray”, səni sevirəm”.

Qeyd edək ki, Noa Lanq “Qalatasaray”da meydana çıxdığı 19 matçda iki qol vurub, üç məhsuldar ötürmə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*