“Qalatasaray” “Trabzonspor”u səfərdə darmadağın etdibackend

Qalatasaray” “Trabzonspor”u səfərdə darmadağın etdi

Türkiyə Superliqasının 21-ci həftəsində mərkəzi oyun baş tutub.

KONKRET.az xəbər verir ki, “Trabzonspor” “Qalatasaray”ı qəbul edib.

Oyunda 6 qol vurulub. “Qalatasaray” səfərdə 5:1 hesabı ilə qalib gəlib. “Sarı-qırmızılıların” qollarını 13, 61 dəqiqələrdə Vilfrid Zaha, 64-cü dəqiqədə Kaan Ayhan, 80-ci və 90+6-cı dəqiqələrdə isə Kerem Aktürkoğlu vurub. “Trabzonspor”dan isə 79-cu dəqiqədə Enis Destan fərqlənib.

Beləliklə “Qalatasaray” lider “Fənərbağça” ilə xallarını bərabərləşdirib. Hər iki klubun 54 xalı var. “Trabzonspor” isə 37 xalda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*