“Qarabağ” beynəlxalq turnirdə 1/4 finala YÜKSƏLDİbackend

“Qarabağ” beynəlxalq turnirdə 1/4 finala YÜKSƏLDİ

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.

KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla birinci yerdə tamamlayıb.

Vüqar Əsgərlinin kollektivi 3-cü turda yerli BATE ilə heç-heçə edib – 1:1. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.

Növbəti mərhələnin matçları fevralın 9-da keçiriləcək.

“Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i 2:0 hesabı ilə məğlub etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*