“Qarabağ”ın futbolçusu zədələndibackend

“Qarabağ”ın futbolçusu zədələndi

“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.

KONKRET.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.

Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.

Qeyd edək ki, Kabo-Verde yığması sabah Tunislə yoldaşlıq oyunu keçirəcək. Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*