Qarabağ separatçısından SƏRSƏMLƏMƏ: “Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş”backend

Qarabağ separatçısından SƏRSƏMLƏMƏ: "Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş"

“Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş”.

KONKRET.az xəbər verir ki, bu cəfəngiyatı Qarabağda yaşayan separatçı Kamo Atayan Facebookda yazıb.

“Təxminən iki ilə yaxındır ki, 44 günlük müharibədə məğlub olanlar, siyasi hiylə ilə yenidən hakimiyyət rıçaqlarını ələ keçirənlər türklərlə yeni epoxa açıb sülh diləyirlər.

Həqiqət budur ki, sülh – iki müharibə arasındakı vaxt intervalıdır və bu müddət ərzində növbəti müharibəyə hazırlıq görülür.

Düşmənlərlə əhatə olunmuş Ermənistan bu həqiqətin mənasını anlamalı, həm də dövlətin təhlükəsizliyinin təmin olunmasını ilkin məsələ hesab etməli idi.

Amma yox, göründüyü kimi, düşmən bütün bunları daha yaxşı mənimsəyib və beyinsiz, qorxaq liderlərimizi ələ salaraq, dünyada hökm sürən xaosdan istifadə edərək, öz vəzifələrini sistemli şəkildə həll edir.

Torpağı təslim edən liderlər isə son 4 ildə bir vaxtlar “qalib gəlmiş erməni ordusunu” sistematik şəkildə məhv edir, sıravi əsgərlərdən tutmuş generallara qədər bütün az-çox fərqlənən hərbçiləri sıradan bir şəkildə gözdən salır, erməni xalqının mübarizə ruhunu metodik şəkildə sındırır, ordunu yeni silah növləri ilə təmin etmir. Xüsusən də ikinci Qarabağ müharibəsindən bəri Azərbaycan türkləri bizi PUA-larla, həm də psixoloji məğlub edirlər.

Məğlubiyyət simvolu olan bu hakimiyyətə nə qədər dözmək olar? Biz hamımız sadəcə Facebook-da virtual olaraq danışırıq, döyüşürük və çoxdan məğlubiyyət və dövlətçiliyin itirilməsi üçün özümüzdən istefa vermişik.

Bir neçə ay əvvəl fikrimi təqdim etdim ki, bir gün bu şərəfsizlər Ermənistanı xilas etmək üçün Qarabağdan imtina etməyə məcbur olduqlarını bəyan edəcəklər.

Bu gün təkcə Qarabağın gələcəyi təhlükə altında deyil, dövlətçiliyimiz də məhv olmaq ərəfəsindədir.

Bu təcavüz nə təsadüfi, nə də müvəqqəti deyil. Biz erməni üçlüyü olaraq ordumuzun ilk ciddi qələbəsini reallığa çevirənə qədər davam edəcək”, – deyə Atayan sərsəmləyib.

P.S. Kamo Atayan Azərbaycan Respublikasının Qarabağ bölgəsində, Əsgəran rayonunun Dəmirçilər kəndində doğulub, Burada yaşayıb, təhsil alıb. Qondarma qurumun “təhsil naziri” vəzifəsində çalışıb. Ömür boyu Azərbaycanda yaşayıb, çörəyini yeyib, nankor çıxmaq, Azərbaycana “qaniçən”, “qələbə və mübarizə texnikasına yiyələnməmiş”, “təcavüzkar” və s. bu kimi iyrənc sözlər demək ancaq murdar xislətli ermənidən gözlənilə bilər. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*