“Qarabağ” Avropa Liqasında “Vilyarreal”a uduzdu – YENİLƏNİBbackend

"Qarabağ" Avropa Liqasında "Vilyarreal"a uduzdu - YENİLƏNİB

Avropa Liqasında qrup mərhələsinin II turu start götürüb.

KONKRET.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Bu, İ qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələrinin ilk ev oyunu olub.

Lakin Ağdam klubu ölkədə hərbi vəziyyət elan olunduğu üçün görüşü qardaş Türkiyədə keçirib. İstanbuldakı “Başakşəhər” Fatih Terim stadionunda təşkil olunan qarşılaşmada bütün qollar ikinci hissəyə təsadüf edib.

“Qarabağ” Ovusu Kvabenanın qolu ilə hesabı açsa da, qonaqlar dərhal hesabda tarazlıq yaradıb. Ardınca daha iki qol vuran ispaniyalılar qrupda ikinci qələbəsini qazanıb. Hər üç qola oyuna sonradan daxil olan futbolçular imza atıb. Ötən həftə Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Qurbanovun yetirmələri isə yenə meydandan xalsız ayrılıb.
​​​​​​​
Qeyd edək ki, qrupun digər oyunu da Türkiyədə keçirilib. Yerli “Sivasspor” öz meydanında Təl-Əviv “Makkabi”sini qəbul edib. Bu matçda da qonaqlar qələbə qazanıb.

***

Qarabağ” – “Vilyareal” matçında start heyətləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 6. Patrik Andrade, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 9. Xayme Romero

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 11. Mahir Emreli, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 8. Uroş Matiç

Baş məşqçi: Qurban Qurbanov.

 

“Vilyarreal”: 13. Jeronimo Rulli, 24. Alfonso Pedraza, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 11. Samuel Çukvueze, 14. Manu Trigeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xayme Kosta, 10. Visente İborra (k)

Ehtiyat oyunçular: 1. Serxio Asenxo, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 6. Funes Mori, 23. Moi Qomes, 17. Pako Alkaser, 34. Fernando Ninyo, 3. Raul Albiol, 19. Frensis Kokelin, 32. Aleks Baena, 30. Yeremi Pino

Baş məşqçi: Unay Emeri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*