“Qarabağdakı münaqişə süni yaradılıb və Rusiya öz təsirini saxlamaq üçün bu münaqişəyə tez-tez müdaxilə edir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri çeçenlərin Avropadakı lideri Əhməd Zakayev müsahibəsində bildirib. Onun sözlərinə görə, artıq Qafqazda stabilliyin yaranmasına münbit şərait yaranıb. Ermənistan Qarabağ münaqişəsindən yaxasını çəkməklə Rusiyanın bu ölkə üçün yaratdığı süni konfliktdənki məsuliyyətdən qurtara bildi. Məhz bu münaqişəyə görə, Ermənistan Rusiyadan çox asılı idi”.
Əhməd Zakayevə görə, Qarabağda bütün məsuliyyət indi Azərbaycanın üzərindədir: “Mən arzu edirəm ki, azərbaycanlıların müdrikliyi və ağlı ilə bu stabillik qorunub-saxlanılsın”.
Ə.Zakayevin açıqlamasından belə başa düşmək olur ki, Qarabağ erməniləri çalışacaq ki, dünyanın diqqətini bölgədə saxta “etnik təmizləmə” problemlərinə cəlb etsin. “İndi bütün dünya Azərbaycanın Qarabağdakı fəaliyyətini təqdir edir. Amma çalışacaqlar ki, bu mövqeni pisləşdirsinlər. Hesab edirəm ki, hazırkı proseslər Qafqazın stabilləşməsinin başlanğıcıdır. Atıq gözlənilir ki, Moldovada, Gürcüstanda oxşar proseslər getsin. Bütün bunlar onu deməyə əsas verir ki, Qafqaz Rusiyasız öz gələcəyini müəyyən etmək istəyir. Rusiyanın “parçala və hökm sür” siyasəti artıq öz aktuallığını itirəcək”.
Natiq Səlim,
KONKRET.az
