“Qarabağ Azərbaycana verilib, siz isə hələ də müqavimət göstərirsiniz” – İşxanyanbackend

"Qarabağ Azərbaycana verilib, siz isə hələ də müqavimət göstərirsiniz" - İşxanyan

“Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağı Azərbaycana verib, siz isə hələ də müqavimət göstərirsiniz”.

KONKRET.az xəbər verir ki, erməni hüquq müdafiəçisi, ictimai xadim Avetik İşxanyan yazır.

“Hamı Ruben Vardanyanın BBC-yə müsahibəsində verdiyi cavabları müzakirə edir. Həqiqətən də Ruben Vardanyan bütün “təxribatçı” suallara cavab verdi.

Amma mən deyərdim ki, erməni xalqı üçün ən ağır sual Ermənistan hakimiyyətinin faktiki olaraq Qarabağı Azərbaycana təhvil verməsi ilə bağlı olub.  Ruben Vardanyan təbii ki, cavab verdi, lakin sual artıq verilib və bunu inkar etmək mümkün deyildi. Qarabağ Azərbaycana verilib. Siz isə hələ də müqavimət göstərirsiniz.

Əslində jurnalist bu sualı ilə hamımızın fikrini alt-üst edib”, – deyə İşxanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Zamina Elturan
    Yanvar 25, 2023 - 12:47

    Azərbaycan öz torpaqlarını geri alıb.Yaşadığınız Ermənistan da Azərbaycanındı. O yan,bu yan etsəz,bu torpaqları da ordumuz sizlərdən almaq qüdrətini göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*