Qaz emalı zavodunda yanğın: Xəsarət alanlar varbackend

Qaz emalı zavodunda yanğın: Xəsarət alanlar var

Qazaxıstanın Aktobe vilayətindəki “Janajol” qaz-kondensat yatağında yanğın baş verib. 

KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində dörd nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mayın 1-də yerli vaxtla saat 15:55-də baş verən yanğının söndürülməsinə 52 xilasedici və 9 texnika cəlb olunub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Regional administrasiyadan bildirilib ki, yanğın mayın 2-də yerli vaxtla saat 06:20-də söndürülüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*